Tələbələrə kirayə, yataqxana və dərslik üçün kredit verilə bilər – VİDEO

Azərbaycanda tələbələrə kirayə, yataqxana və dərslik xərcləri üçün təhsil krediti verilə bilər.

“Qafqaz Xəbər” qəzeti  xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, bu prosesə başlamaq üçün “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanır.

Millət vəkili deyib ki, qanun layihəsində bu krediti alan tələbələrin ali məktəbi bitirib, işləməyə başladıqdan sonra müəyyən olunmuş faizlərlə həmin vəsaiti geri qaytarmaları nəzərdə tutulur.

İsa Həbibbəylinin sözlərinə görə, “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanarkən dünya təcrübəsi öyrənilir. Təhsil kreditlərinin verilməsi üçün əsas məsələ sahibkarları bu prosesə cəlb etməkdir.

Komitə sədri hesab edir ki, bu qanun layihəsi Azərbaycanda tələbələrin bəzi problemlərinin aradan qaldırılmasına kömək edə biləcək. “Təhsil kreditləri haqqında” qanun layihəsinin hazırlanmasının yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub.

  DİGƏR XƏBƏRLƏR