Yasamalda sakinlər yolu bağladı – ETİRAZ – FOTOLAR

Bakının Yasamal rayonunun Hüseyn Cavid prospektində yaşayan sakinlərin evləri gecə ilə uçurulur.

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, Sakinlərin minval.info-ya verdiyi məlumata görə, hazırda “Olympus Park” tikinti şirkətinin əməkdaşları onların evlərini uçurmağa çalşırlar. Hətta bəzi işçilər evləri daşa basır. Səbəb isə, şirkətin orada bina ucaltmaq istəyi, sakinlərin isə verilən kompensasiya ilə razılaşmamasıdır.

Eyni ünvanda daha öncə də oxşar hadisə yaşanmışdı. Şirkət hər dəfə qanun çərçivəsində iş gördüklərini deyir. Amma nədənsə bütün söküntü işləri gecə saatlarında aparılır.

Əldə etdyimiz son məlumata görə, sakinlər etiraz olaraq yolu bağlayırlar.



  DİGƏR XƏBƏRLƏR