Zakir Həsənov Türkiyə səfiri ilə görüşdü

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki,  Fevralın 7-də Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, görüşdə Azərbaycanın və Türkiyənin orduları arasında əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi durum və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Tərəflər hər iki ölkənin ordu nümayəndələrinin qarşılıqlı səfərlərinin, həmçinin hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin zəruriliyini xüsusi qeyd ediblər.

  DİGƏR XƏBƏRLƏR