Zaqatalada dəhşət: traktor məktəbdən çıxan uşağı vurub öldürdü

Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.
Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin II sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Ə. Cavadov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

  DİGƏR XƏBƏRLƏR