Ata qızını döyərək öldürdü: “İçinə şeytan girmişdi” – VİDEO

İsveçrədə ata və qızının şeytan çıxarma ayini həyata keçirməsi nəticəsində ağır yaralanan 25 yaşlı qız iç qanamasından dünyasını dəyişib. Ata isə cinayətdə günahlandırılaraq tutulub.

“Qafqaz Xəbər” qəzeti Minval.İnfo-ya istinadən xəbər verir ki, İsveçrənin Vagenhauzen qəsəbəsində yaşayan 50 yaşlı ata, 25 yaşlı qızını şeytan çıxarma ayini sırasında öldürüb. Vanessa adlı qız atasının yumruqlarının hədəfinə tuş gəldikdən sonra dünyasını dəyişib.

Orta çağ rituallarına bağlı olan ata qızının şeytan tərəfindən ələ keçirildiyini düşünərək, onu içindən çıxarmaq üçün belə bir ayin həyata keçirib. Gənc qız isə aldığı zərbələrdən sonra ağır yaralanıb. Buna baxmayaraq qalxıb bir az duş qəbul edib və bir müddət sonra isə həyatını itirib.

Bu ayinin həyata keçirilməsini özü istəyib…

Ata ayin sırasında özündən çıxaraq başlayıb qızının qarnını yumruqlamağa. Araşdırmalar nəticəsində qızın sevgilisi ilə övlad sahibi olmaq istədiyi və bunun üçün rahat həyata ehtiyac olduğunu düşünərək ayinin həyata keçirilməsinə icazə verib.

İç qanamadan öldü…

Vanessanın bağırsaqlarının yırtıldığı, qaraciyərinin parçalandığı və iç qanamasından həyatını itirdiyi iddia olunur. Qatil ata “Onu incitmək istəmədim, bunu da məqsədli şəkildə etməmişəm”- deyib, Vanessanın sevgilisi isə “gördüyüm şeyə inana bilmədim. Vanessa mavi dodaqları və soluq bənizi ilə oradaca uzanırdı” açıqlamasını verib.

Məhkəmə atanın cinayət işlədiyini təsdiqləyərək, onun 14 il həbs yatmasına qərar verib.

  DİGƏR XƏBƏRLƏR