Bakı-Şamaxı-Yevlax magistralı çökdü – VİDEO

Bakı-Şamaxı-Yevlax magistralında çökmə meydana gəlib.
“Qafqaz Xəbər” qəzetinin ARB TV-yə istinadən xəbərinə görə, bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı kilometrliyində çökmə meydana gəlib.
Yolun Şamaxı ərazisində asvalt örtüyündə iri çatlar yaranıb. Avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi çökmə nəticəsində bağlanıb. 8 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub.
İdarədən həmçinin bildirilib ki, sürüşmə baş verən yola alternativ olaraq yeni yol çəkilir.

  DİGƏR XƏBƏRLƏR