Bakının bazarlarında köhnə balıqlar satılır – Şok görüntülər (VİDEO)

Space Tv-nin maraqlı layihələrindən biri olan “Olar? Olmaz!” verilişində yenidən hər kəsi düşündürən görüntülər tamaşaçılara təqdim edilib.
“Qafqaz Xəbər” qəzeti Unikal.org-a istinadən xəbər verir ki, araşdırmaçı jurnalist və aparıcı Amil Xəlil bu dəfə köhnə balıqlar satılan bazarlara üz tutub. Bu dəfə Amil Xəlil ilə birgə Azad istehlakçılar birliyinin sədri Eyyub Hüseynov da bazarlara yollanıb.
Hər birimizin sevə-sevə yediyimiz balıqların köhnə olub-olmamasını necə bilməliyik?
Axı tez-tez balıqdan zəhərlənən insanların olduğunu eşidib, görürük? “Olar? Olmaz!” verilişinin bu araşdırmasından sonra inanırıq ki, bu cür hallar azalacaq.
Qeyd edək ki, son zamanlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan veriliş çox təəssüf ki, bəzi sahibkarlar tərəfindən mənfi şərhlərlə qiymətləndirilir.

  DİGƏR XƏBƏRLƏR