Baş nazirin korteji partladıldı

Qəzzada Fələstinin baş naziri Rami Həmdəllanın korteji yaxınlığında partlayış baş verib.

“Qafqaz Xəbər” qəzeti  Modern.az-a istinadən xəbər verir ki, “Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, partlayış zamanı baş nazirin özü xəsarət almayıb amma onu müşayət edən 7 nəfər yüngül xəsarət alıb.

Partlayışın nazirin konvoyu ərazidən keçərkən baş verib. Bu zaman üç avtomobil partlayışda zədələnib. Məlumatda partladıcının kustar üsulla hazırlandığı da qeyd olunub.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Fələstin tərəfi bu partlayışda “Həmas” qruplaşmasını ittiham edir.

  DİGƏR XƏBƏRLƏR