Bu ölkədə yol polislərinin gizli yerlərdə dayanması QADAĞAN EDİLDİ

Özbəkistanda yol polis müfəttişlərinin iş vaxtı ağacların arxasında gizlənərək iş fəaliyyətini davam etdirməsi qadağan edilib.

“Qafqaz Xəbər” qəzeti A24.Az-a istinadən xəbər verir ki, bu haqda qərar ölkənin Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytında dərc edilib.

Qərara əsasən, Yol-patrul xidməti müfəttişləri iş vaxtı ağac və digər maneələr arxasında gizlənərək fəaliyyət göstərmələri qəti şəkildə qadağan edilib. Yerli KİV-in məlumatına görə, bu qərarı idarənin rəisi general-mayor Rüstəm Djuraev verib. Bildirilir ki, əvvəllər yol-patrul müfəttişlərinin gizli yerlərdə dayanıb iş fəaliyyətinin davam etdirmələri ilə bağlı suala nazirlik qeyd edirdi ki, əməkdaşların həm açıq, həm də gizli yerlərdə dayanıb işləmə hüququ var. Ancaq indi isə yeni qərara əsasən, ancaq açıq yerlərdə öz fəaliyyətlərini davam etdirə biləcəklər.

  DİGƏR XƏBƏRLƏR