ÇL: “Sevilya” və “Roma” 1/4 finalda!

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.

“Qafqaz Xəbər” qəzetinin Apasport.az saytına istinadən məlumatına görə, “Real”, “Mançester Siti”, “Liverpul” və “Yuventus”dan sonra 1/4 finala adlayan növbəti 2 xoşbəxt komanda müəyyənləşib.

Günün ən diqqətçəkən matçında “Mançester Yunayted” “Sevilya”nı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə ispanlar növbəti mərhələyə yüksəliblər.

“Qarabağ”ın yer aldığı qrupu qalib kimi tamamlayan “Roma” ilk görüşdəki məğlubiyyətin əvəzini “Şaxtyor”dan çıxmağı bacarıb. Minimalhesablı qələbə qazanan italiyalılar Dzekonun qoluna seviniblər. Bununla da “canavarlar” səfər qolu hesabına 1/4 finala çıxıblar.

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

13 mart

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) – 1:0

Qol: Dzeko, 52

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Roma, “Olimpiya” stadionu

İlk oyun – 1:2

“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) – 1:2

Qollar: Lukaku, 84 – Ben Yedder, 74, 78

Baş hakim: Danni Makkelye (Hollandiya)

Mançester, “Old Trafford” stadionu

İlk oyun – 0:0

  DİGƏR XƏBƏRLƏR