Dayanacaqlarda siqaret çəkilməsinə qadağa

Dayancaqlarda siqaret çəkmək qadağan edilib.

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, bu barədə bütün dayanacaqlara elan vurulub: “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası qanununun tələbinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına xəbərdarlıq elanları vurulub”.

Xatırladaqki, qanun qüvvəyə mindikdən dərhal sonra Bakı Nəqliyyat Agentliyində paytaxtda müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərlə görüş keçirilib. Qeyd edilən qanunun tələblərinin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

  DİGƏR XƏBƏRLƏR