Fermer donuzlara hörmət tələb edir

Britaniyalı fermer Oksford Universitetinin hazırladığı lüğətdə donuzlarla bağlı yer alan aşağılayıcı bənzətmə və təşbehlərin çıxarılmasını tələb edib.

“Qafqaz Xəbər” qəzeti musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” nəşri xəbər verib.

43 yaşlı donuzçu fermer Ferqyus Xaui lüğətdən “donuz kimi yeyir”, “donuz kimi yağlı”, “donuz iştahlı” ifadələrinin çıxarılmasını istəyib: “Donuzçu fermer kimi, eləcə də bu ölkədəki bütün fermerlərin adından bəyan edirəm ki, insanların donuza olan təhqiramiz münasibəti bizi narahat edir. Bu, çox təhqiredicidir və elə təəssürat yaradır ki, donuz çox murdar heyvandır”.

Sübut kateqoriyasında Xaui statistikaya istinad edib. Həmin statistikaya əsasən, insanların 30 faizi hər həftə donuz əti alır. Digərləri isə bu məhsuldan qaçır, yağlı ət yemək istəmirlər: “İndi donuzlarda 1970-ci illə müqayisədə 44 faiz daha az piy var. İnsanların özləri də 30 faiz daha kök olublar”.

  DİGƏR XƏBƏRLƏR