Fransada “quş qripi” yayıldı

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Fransanın bir sıra departamentindən diri quş və yumurta idxalına məhdudiyyət tətbiq edib.

“Qafqaz Xəbər” qəzetinin Trend-ə istinadən məlumatına görə, qərar Fransanın bəzi bölgələrində aşağı patogenli quş qripinin qeydə alınması ilə əlaqədardır.

Qeyd olunur ki, idxal məhdudiyyəti martın 13-dən başlayaraq müvəqqəti tətbiq olunur.

Quş qripinin Fransanın Men və Luara, Sarta, Dö-Sevr departamentlərində qeydə alındığı bildirilir.

  DİGƏR XƏBƏRLƏR