Prezident bu şəxslərin maaşını artırdı – SƏRƏNCAM

Prezident İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

“Qafqaz Xəbər” qəzetinin AzərTAC-a istinadən məlumatına görə, sərəncama əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Prezidentin digər sərəncamı ilə Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabineti sərəncamlardan irəli gələn məsələləri həll etməlidir.

  DİGƏR XƏBƏRLƏR