Prezident Monteneqro parlamentinin sədrini qəbul edib

Prezident İlham Əliyev Monteneqro parlamentinin sədri İvan Brayoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Qafqaz Xəbər” qəzetinin APA-ya istinadən xəbərinə görə, Monteneqro nümayəndə heyəti ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirdiyi “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfransa qatılıb.

  DİGƏR XƏBƏRLƏR