Son yarımfinalçılar müəyyənləşdi

İngiltərə Kubokunda daha bir yarımfinal cütlüyü bəlli olub.
“Qafqaz Xəbər” qəzetinin Apasport.az saytına istinadən məlumatına görə, bu gün son iki yarımfinalçının da adına aydınlıq gəlib.
“Viqan”la qarşılaşan “Sauthempton” ikinci hissədə vurduğu qollarla qələbə qazanıb.
Günün digər matçı daha maraqlı alınıb. “Lester” və “Çelsi” arasında keçirilən görüşün 90 dəqiqəsi 1:1 hesabı ilə nəticələnib. Qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Burda isə “zadəganlar”ın ispaniyalı futbolçusu Pedro Rodriges fərqlənərək, komandasını yarımfinala çıxarıb.
Beləliklə, İngiltərə Kubokunun yarımfinalında “Mançester Yunayted” “Tottenhem”lə, “Sauthempton” isə “Çelsi” ilə qarşılaşacaq.
İngiltərə FA kuboku
1/4 final
18 mart
“Viqan” – “Sauthempton” – 0:2
Qollar: Hoybyerq, 62; Sedrik, 90+1
“Lester” – “Çelsi” – 1:2
Qollar: Vardi, 76 – Morata, 42; Pedro, 105

  DİGƏR XƏBƏRLƏR