Suriyada təyyarə vuruldu

Suriyada qanunsuz silahlı dəstə üzvləri Dəməşq əyaləti ərazisində Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə vurublar.

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Azad Suriya Ordusu”-nun Twitter səhifəsində bildirilir.

Məlumata görə, insident Şərqi Kalamun rayonunda baş verib. İnternetdə dərc olunmuş videoda SU-22 təyyarəsinin vurulduğu əks olunub.

Pilotun katapült etdiyi və ökumət qüvvələrinin nəzarətində olan əraziyə eniş etdiyi bildirilir.

  DİGƏR XƏBƏRLƏR