Türkiyədən acı xəbər: 2 əsgər şəhid oldu

Türkiyənin Diyərbəkir vilayətində terrorçular və əsgərlər arasında silahlı insident baş verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Diyərbəkirin Diclə rayonunda aparılan anti-terror əməliyyatı çərçivəsində PKK-çılar və türk əsgərləri arasında qarşıdurma baş verib.

Hadisə nəticəsində yaralanan 4 əsgər təcili xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq onlardan ikisini xilas etmək mümkün olmayıb.

  DİGƏR XƏBƏRLƏR