Ulduz futbolçu əsgərliyə çağrıldı – Karyerasını bitirəcək?

“Tottenhem”in futbolçusu Hun-Min Son karyerasını erkən bitirə bilər.

“Qafqaz Xəbər” qəzeti Yenicag.az-a istinadən xəbər verir ki, buna səbəb 26 yaşlı yarımmüdafiəçinin əsgərliyə çağrılmasıdır.

Cənubi Koreyada əsgərlik məcburi olduğundan o, buna əməl etməlidir. Əks halda futbolçu hərbi xidmətdən yayındığı üçün həbs oluna bilər.

Qeyd edək ki, Cənubi Koreyada hərbi xidmət müddəti 21 aydır.

  DİGƏR XƏBƏRLƏR