Ulduz futbolçu karyerasını bitirir

“Çelsi” və Kot-d’İvuar millisinin sabiq hücumçusu Didye Droqba karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

“Qafqaz Xəbər” qəzetinin APA-ya istinadən xəbərinə görə, bu barədə D.Droqba “TF1” telekanalına müsahibəsində bildirib.

“Mövsümün sonunda karyeramı bitirmək niyyətindəyəm. Artıq 40 yaşım var. Hesab edirəm ki, vaxt çatıb”, deyə D.Droqba qeyd edib.

Qeyd edək ki, məşhur futbolçu karyerasını ABŞ-ın “Finiks Rayzinq” klubunda bitirəcək. “Çelsi”nin heyətində 204 oyun keçirən D.Droqba 104 matçda rəqiblərin qapısına yol tapıb. D.Droqba 2013/14 mövsümündə İstanbulun “Qalatasaray” klubunda çıxış edərək 37 oyunda 15 qol vurub.

  DİGƏR XƏBƏRLƏR