Venesuelanın keçmiş DİN rəhbəri saxlanılıb – Video

Venesuelanın kəşfiyyat orqanı “Sebinin” əməkdaşları ölkənin keçmiş daxili işlər nazirini saxlayıb.

“Qafqaz Xəbər” qəzeti “Report”-a istinadən xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Məlumata görə, sabiq nazir Migel Rodriqes Torres Karakasda, otellərdən birində saxlanılıb. Nəşrin xəbərində bildirilir ki, Torres Hərbi Əkskəşfiyyat İdarəsinə aparılıb.

Daha əvvəl Torres üsyançıların lideri Oskar Pereslə əlaqədə şübhəli bilinirdi.

  DİGƏR XƏBƏRLƏR