Əlcəzairdə azı 100 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə aprelin 11-də yerli vaxtla səhər saatlarında ölkənin şimalında yerləşən Bufarik hava limanı yaxınlığında baş verib.

Təyyarədə azı 100 nəfərin olduğu bildirilib.

Hadisə nəticəsində onlarla insan ölüb.

Qəzanın səbəbi araşdırlır.

  DİGƏR XƏBƏRLƏR