ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb

ABŞ-ın Arizona ştatında Hərbi Hava Qüvvələrinin F-16C hərbi təyyarəsi qəzaya uğrayıb.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, bu barədə “ABC News” telekanalı Lyuk avizabazasına istinadən məlumat yayıb.

Təyyarənin təlim uçuşu zamanı sıradan çıxdığı bildirilir. Pilot katapulta vasitəsilə xilas olub və xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı açıqlanmır.

  DİGƏR XƏBƏRLƏR