Abşeronda məktəb direktorunun müavini intihar etdi – TƏFƏRRÜATLAR

Xırdalan şəhərində dəhşətli intihar faktı qeydə alınıb.
“Qafqaz Xəbər” qəzeti ölkə.az-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Nərmin Elman qızı Ağalarova yaşadığı F.Əhmədov küçəsi ev 1-in çardağında özünü asıb. Hadisə günorta saat 14 radələrində qeydə alınıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar.
Qeyd edək ki, N.Ağalarova Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyib. Mərhumun 2 azyaşlı övladı var.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hələlik saxlanılan şəxs yoxdur.

  DİGƏR XƏBƏRLƏR