Almaniyalı milyarder Alp dağlarında yoxa çıxdı

İsveçrə ərazisində Alp dağlarında Almaniyanın “Tengelmann Group” holdinqinin rəhbəri Karl-Erivan Haub itkin düşüb. Onun rəhbərlik etdiyi qrupa bütün dünyada məşhur olan OBI tikinti materialları mağazaları şəbəkəsi aiddir.

Virtualaz.org “Der Spiegel” nəşrinə istinadən xəbər verir ki, milyarderin mobil telefonundan sonun dəfə siqnal şənbə günü, aprelin 7-də qəbul edilib. Həmin gün iş adamı İsveçrənin Tsermatte şəhərində görüş keçirməli idi, lakin təyin olunan vaxtda gəlib çıxmayıb.

“Handelsblatt” yazır ki, milyarderin yaxınları onun axtarışı üzrə bütün xərcləri öz üzərlərinə götürüblər.

“Forbes” jurnalının qiymətləndirməsinə görə, Haub ailəsi 6,4 milyard dollarlıq varidatla dünyanın ən imkanlı ailələrindəndir.

  DİGƏR XƏBƏRLƏR