Ata oğlunu rəqib komandaya azarkeşlik etdiyi üçün BIÇAQLADI

Rusiyada ata öz oğlunu futbol matçı üstündə bıçaqlayıb.

Publika.az izvestiya.ru saytına istinadən xəbər verir ki, Kirov vilayətinin 53 yaşlı sakini MOİK azarkeşidir. Oğlu isə Moskvanın digər klubu “Spartak”a könül verib. Onların arasında münaqişə 2017-ci ilin noyabrında baş verib. Birlikdə futbola baxan zaman ata əsəblərini cilovlaya bilməyib və oğlunun sinəsinə bıçaq zərbəsi vurub.

Yaralı təcili xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib. Ataya qarşı cinayət işi qaldırılıb və ona 4 il həbs cəzası verilib.

  DİGƏR XƏBƏRLƏR