Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb

Futbol üzrə Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.

Püşk nəticəsində yarımfinal cütlərinin tərkibi belə müəyyənləşib:

“Marsel” (Fransa) – “Zaltsburq” (Avstriya)

“Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya)

Finalda “Marsel” – “Zaltsburq” cütünün qalibi nominal ev sahibi olacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 26 apreldə, cavab görüşləri 3 mayda keçiriləcək. Final qarşılaşması isə mayın 16-da Fransanın Lion şəhərindəki eyniadlı sadionda təşkil olunacaq.

  DİGƏR XƏBƏRLƏR