Azərbaycan Beynəlxalq Bankından qanun pozuntuları

“Azərbaycan Beynəlxalq Bank”ı dövlət orqanlarının birində qanunsuz fəaliyyət göstərir.

“Qafqaz Xəbər” qəzeti  Ölkə.Az”-a istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı”nın yeni yaratdığı şöbəsində, kassa qovşağı qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, bankların kassa qovşaqlarına dair tələblər “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 4-cü bəndində təsbit edilib. Şəkildə qovşağın iç hissəsi görünmədiyi üçün bütün tələblərə riayət edilməsi haqda rəy bildirmək mümkün deyil. Lakin şəkildən görünür ki, bu qovşaq sözügedən bənddə nəzərdə tutulmuş ən azı 2 tələbə cavab vermir:

1) divarların qalınlığı 40 santimetrdən az olmamalıdır (şəkildən görünür ki, divarlar faktiki heç yoxdur da);

2) Kassa iki qapı ilə bağlanmalıdır: birinci qapı dəmir barmaqlıqdan hazırlanmalı, bir daxili kilidlə bağlanmalı, ikinci bayır qapı dəmirdən hazırlanmalı və iki kilidlə bağlanmalıdır (sözügedən qapıların olmaması öz yerində, qovşaq ümumiyyətlə açıq zonada yerləşir və heç pəncərəsi belə yoxdur).

Qeyd edək ki, hər hansı bank filialı və şöbəsi açılanda bank nəzarəti orqanı (əvvəllər Mərkəzi Bank, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatası) kassa qovşağına kifayət qədər ciddi baxış keçirir.

  DİGƏR XƏBƏRLƏR