Bakı Metropoliteninin rəis müavininin qızı: “Kəndçilər Bakıya gəlməsəydi, metro təmiz, rahat olardı”

Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayevanın “Facebook”da yazdığı şərh birmənalı qarşılanmayıb. 

“Qafqaz Xəbər” qəzeti AZXEBER.COM-a istinadən xəbər verir ki, Babayevanın fikirləri sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Belə ki, istifadəçilərdən biri metroda sıxlığın çox olmasına diqqət çəkib.

Lalə Babayeva isə ona cavabında “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı”, – sözlərini yazıb.

Gənc fəal Bəxtiyar Hacıyev sosial şəbəkədə xanım haqda kəskin fikirlər səsləndirib və bildirib ki, Lala Babayeva Bakı Metropoliteni rəis müavini Zaur Babayevin qızıdır.

Qeyd edək ki, Bakıda 217 min məcburi köçkün yaşayır.




  DİGƏR XƏBƏRLƏR