Bakıda avtomobil 27 yaşlı gənci vurub – FOTO

Bakıda 27 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən məlumatına görə, hadisə Nizami rayonunda baş verib.

Babək prospektində piyadalar üçün müəyyən edilməmiş yoldan keçən 1991-ci il təvəllüdlü Məmmədzadə Xasay Ayaz oğlunu 90-LV-795 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil vurub. Sürücü yaralını xəstəxanaya yerləşdirib.

Faktla bağlı hadisəni törədən Yusubov Azad Tariyel oğlu inzibati məsuliyyətə cəlb edilib.

Foto: Ruslan Məmmədov


  DİGƏR XƏBƏRLƏR