Bakıda “bomj”u qətlə yetirən şəxsə 12 İL HƏBS

Keçmiş məhkumu öldürməkdə təqsirləndirilən Sadiq Nəhmətovun cinayət işi üzrə məhkəmə başa çatıb.

“Qafqaz Xəbər” qəzeti Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, S.Nəhmətov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Suraxanı rayonunda baş verib. Belə ki, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayevi 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov bıçaqlanaraq öldürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən S.Nəhmətov tutulub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, qətlə yetirilən Z.Hacıağayev əvvəllər məhkumluq həyatı yaşayıb. Onun tüfeyli həyat sürdüyü bildirilir.

  DİGƏR XƏBƏRLƏR