“Barselona” 30-cu dəfə İspaniya Kubokunun qalibi olub – VİDEO

“Barselona” futbol üzrə İspaniya Kubokunun finalında “Sevilya”nı məğlub edib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, Madridin “Vanda Metropolitano” stadionunda baş tutan görüş 5:0 heasabı ilə kataloniyalıların xeyrinə başa çatıb.

Bu qələbə “Barselona”ya ardıcıl 4-cü, ümumiyyətlə isə 30-cü dəfə İspaniya Kubokunu qazandırıb. Kataloniya klubu bu göstərici üzrə rekordçudur və ikinci yerdə gedən “Atletik Bilbao”nu 7 titul qabaqlayır.

İspaniya Kuboku. Final

“Sevilya” – “Barselona” – 0:5

Qollar: 0:1 – Suares – 14, 0:2 – Messi – 31, 0:3 – Suares – 40, 0:4 – İnyesta – 52, 0:5 – Koutinyo – 69 (pen).

  DİGƏR XƏBƏRLƏR