“Beşiktaş” Superliqada liderliyi ələ keçirdi – VİDEO

Türkiyə Super Liqasının 29-cu turunda son çempion “Beşiktaş” səfərdə “Akhisar”la qarşılaşıb.

“Qafqaz Xəbər” qəzeti Publika.az-a istinadən xəbər verir ki, “Qara qartallar” rəqibini böyük hesabla məğlub edib – 3:0. Bu qələbədən sonra xallarının sayını 59-a çatdıran “Beşiktaş” çempionatda “Qalatasaray” və “Başakşehir”i qabaqlayaraq lider olub.

Tur çərçivəsində aprelin 14-də “Kasimpaşa”- “Karabükspor”, “Yeni Malatyaspor” – “Alanyaspor” və “Sivasspor”-“Fənərbağça” matçları keçiriləcək. XXIX turun ən maraqlı qarşılaşması isə aprelin 15-də çempionluğa əsas namizədlər olan “Qalatasaray” və “Başakşəhər” klubları arasında oynanılacaq.

Hazırda hesabında 59 xal olan “Beşiktaş” çempionatın vahid lideridir. Eyni xala malik olan “Başakşehir” ikinci yerdə qərarlaşıb. “Qalatasaray” 57 xalla üçüncü, “Fənərbağça” 54 xalla dördüncü, “Trabzonspor” isə 45 xalla beşinci pilləni tutur.

  DİGƏR XƏBƏRLƏR