Boliviyada əvəzlənməsinə etiraz edən futbolçu baş məşqçiyə hücum çəkib – VİDEO

Boliviyanın “Nasional Potosi” klubunun futbolçusu Tyaqu Dos Santos ölkə çempionatının XII turunda “Sport Boys”a 0:4 hesabı ilə uduzduqları görüşün 34-cü dəqiqəsində əvəzlənməsinə kobud formada reaksiya verib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi meydandan çıxandan dərhal sonra baş məqşinin üzərinə gedib və onu itələyərək təhqir edib. Olaya ehtiyat oyunçular skamiyasındakı futbolçular və hakimlər müdaxilə ediblər.

Yekunda referi braziliyalıya qırmızı vərəqə göstərib.

Qeyd edək ki, azlıqda qalan “Nasional Potosi” səfər matçında 4 qolu fasilədən sonra buraxıb.

  DİGƏR XƏBƏRLƏR