Futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.
“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunub.
Püşk nəticəsində cütlərin tərkibi belə müəyyənləşib:
“Bavariya” (Almaniya) – “Real Madrid” (İspaniya)
“Liverpul” (İngiltərə) – “Roma” (İtaliya)
“Bavariya” – “Real Madrid” cütü finalda nominal ev sahibi olacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları 24-25 apreldə, cavab görüşləri 1-2 mayda keçiriləcək. Final qarşılaşması isə mayın 6-da Ukraynanın paytaxtı Kiyevdəki “Olimpiyski” stadionunda baş tutacaq.