Dünya çempionatı üçün 2.2 milyon bilet satılıb

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün 2.2 milyon bilet satılıb.

“Report”un məlumatına görə, biletlərin çoxu FİFA-nın rəsmi saytı vasitəsi ilə alıcı tapıb. Alıcılardan 53 faizini xarici vətəndaşlar təşkil edib. Onların arasında ABŞ, Braziliya və Kolumbiya azarkeşləri öndə gedir. Aprelin 18-də FİFA-nın saytında bilet satışının son mərhələsi başlayacaq.

Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

  DİGƏR XƏBƏRLƏR