Dünyaya gələn altı bacının indi 35 yaşı var- FOTOLAR

Otuz beş il öncə Djanet və Qrem Uoltonun ailəsində altı qız övladları dünyaya gəlir.
Bununla da onların həyatında hər şey dəyişir.
Bundan sonra altı qız uşağının həyatına cavabdeh olan valideynlər daha məsuliyyətli olurlar.
Uzun müddət uşaq gözləyən cütlük müalicə olunsalar da uşaqları olmayıb.
Bu dəfə axırıncı dəfə müalicə olunacaqlarına qərar verən ər və arvadın bəxti gətirib. Uolton hamilə qalır. Sonradan müayinə zamanı məlum olur ki, onların altı qız uşağı dünyaya gələcək.
1983-cü il noyabrın 18-də Liverpuldakı xəstəxanalardan birində altı qız uşağı-Xanna, Rut, Kyusi, Keyt, Djenni və Sara dünyaya göz açırlar. İllər ötüb və indi altı bacı böyük qızdırlar. Onlara bu yaşa gətirmək üçün isə valideynləri min bir əzab çəkiblər. İndi onların 35 yaşları var və hərəsi bir işdə çalışır. Bacılardan Sara artıq ailə həyatı da qurub və valideynlərini xoşbəxt baba və nənə edib.

  DİGƏR XƏBƏRLƏR