Ermənistan ordusunun yüksək rütbəli zabiti rüşvət almaqda şübhəli bilinərək tutulub

Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı tutulub.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, zabit ölkənin Milli Təhlükəsizlik Xidməti ilə istintaq orqanlarının keçirdiyi birgə əməliyyat zamanı saxlanılıb.

Cinayət işinin istintaqını Ermənistan İstintaq Komitəsinin Hərbi istintaq baş idarəsinin Xüsusi işlərin araşdırılması üzrə idarəsi aparır.

Zabit təhsillə əlaqədar möhlət hüququ verilən tələbələrin valideynlərindən yüksək məbləğdə rüşvət tələb edib.

Polkovnik-leytenant artıq ifadə verib. İlkin istintaq davam edir.

  DİGƏR XƏBƏRLƏR