Ermənistan parlamentinə tüstü bombası atdılar — Serj Sərkisyana etiraz

Ermənistan parlamentində “Çıxış” müxalifət blokunun deputatları Ararat Mirzoyan və Lena Nazaryan iclas salonunda üç tüstü bombası yandırıblar.

“Qafqaz Xəbər” qəzeti “Ölkə.Az”a istinadən xəbər verir ki, deputatlar tüstü bombalarını “azadlıq məşəli” adlandırıblar.

Erməni deputatlar bununla da eks-prezident Serj Sərkisyanın yeni hökumətə rəhbərlik etməsinə etiraz ediblər. Hakim partiya baş nazir postuna Serji namizəd kimi təqdim etmək istəyir.

Mirzoyan Ermənistan vətəndaşlarını 13 aprel tarixində mitinqə səsləyib.

Fraksiyanın digər üzvü Nikola Paşinyan isə Gümrü şəhərində etiraz aksiyasına başlayıb. Aksiya 4 gün davam edəcək və 17 apreldə sutka boyu mitinqlər keçiriləcək.

  DİGƏR XƏBƏRLƏR