Fransa kimyəvi hücumla bağlı hesabat verdi

Fransa hakimiyyəti Suriyanın Duma şəhərindəki kimyəvi hücumla bağlı xüsusi xidmət orqanlarının hesabatını dərc ediblər.

“Qafqaz Xəbər” qəzeti Modern.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.

Fransız xüsusi xidmət orqanları Suriyanın 2013-cü ildə Kimyəvi silahların qadağan olunması Təşkilatından kimyəvi silahların müəyyən bir hissəsini gizlətdiyini iddia edirlər.

Hesabatda eyni zamanda Duma sakinlərinə qarşı dəfələrlə qadağan olunmuş maddələrdən istifadə barəsində məlumat da yer alıb. Sənədin son vərəqində üzərində kimyəvi yanıqlarla uşaqların təsviri olan 3 şəkil var. Həmi şəkillərin aprelin 7-də Dumada çəkildiyi bildirilir.

  DİGƏR XƏBƏRLƏR