Füzulidə polis əməkdaşı maşını ağaca çırparaq ağır xəsarət alıb

Füzuli rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Əsgərzadə Elməddin İnqilab oğlu idarə etdiyi “Niva” markalı maşını qəfil yol kənarındakı ağaca çırpıb.

Ağır bədən xəsarətləri alan sürücü Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Baş vermiş qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

E.Əsgərzadə Tərtər rayon Polis şöbəsinin əməkdaşıdır.

  DİGƏR XƏBƏRLƏR