Gədəbəydə boğazında çəyirdək qalan 3 yaşlı uşaq boğularaq ölüb

Gədəbəydə boğazında çəyirdək qalması nəticəsində boğularaq ölən uşağın kimliyi məlum olub.

“Qafqaz Xəbər” qəzeti “Report”un Qərb bürosuna istinadən məlumatına görə, bu, 2015-ci il təvəllüdlü Mustafayev Kamil Emin oğludur.

O, zoğal mürəbbəsi ilə çay içən zaman boğazında çəyirdək qalıb və boğularaq ölüb.


*** 11:54

Gədəbəy rayonunda boğazında çəyirdək qalan körpə boğularaq ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xar-xar kəndində baş verib.

Həmin kənddə yaşayan 3 yaşlı oğlan uşağı boğazında qalan meyvə çəyirdəyindən boğulub.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR