Göz rəngini dəyişdirmək istəyən model kor oldu — FOTOLAR

Argentinalı model ala rəngli gözlərinin rəngini açıq yaşıl etmək üçün plastik əməliyyat keçirib.

“Qafqaz Xəbər” qəzeti “Ölkə.Az”a istinadən xəbər verir ki, əməliyyatdan sonra qızın gözlərində ciddi problem yaranıb. Sağ gözü 80, sol gözü isə 50% görmə qabiliyyətini itirib.

32 yaşlı Nadinne Bruna əməliyyat üçün 3 min dollar ödəyib. Əməliyyat zamanı gözün altına yeridilən silikon göz sinirlərinə mənfi təsir edib. Bu səbəbdən Nadinne yenidən Kolumbiyaya uçub. Amma həkimlər ona kömək edə bilməyiblər. Bu səbəbdən qız Mayamidə müalicə olunmağa başlayıb.

Həkim bildirib ki, Nadinne bundan sonrakı həyatında da görmə ilə bağlı problemlərlə üzləşəcək.

  DİGƏR XƏBƏRLƏR