İcra başçısı gözətçinin burnunu sındırıb?- İcra hakimiyyətindən AÇIQLAMA

Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevlə rayonda tiklilən Olimpiya Kompleksinin gözətçisi arasında insident yaşandığı deyilir.

Cebhe.info-nun məlumatına görə, hadisə zamanı Olimpiya Kompleksinin gözətçisi olduğu deyilən Rail adlı şəxs zərər çəkib.

Hadisə nəticəsində gözətçinin burnunun sındığı iddia edilir.

Məlumatlara görə, artıq Rail adlı şəxs burnunun sınmağı ilə bağlı həkimdən arayış alıb və polisə şikayət edib. Beyləqan rayon icra başçısının I müavini Telman Ağacanov Cebhe.info-ya açıqlamasında yayılan məlumatları təkzib edib: “Belə bir hadisə yaşanmayıb. Yayılan məlumatlar yalandır”.

  DİGƏR XƏBƏRLƏR