İki koalanın davası rekord qırdı – Video

Avstraliyalı bir kişi iki koalanın davasını videoya çəkib. Heyvanların sahibi Carrid Simister Adelaida şəhərində yerləşən evinin arxa həyətində onların davasını müşahidə edib.

Videoda görünür ki, koalalardan biri güclü çığırtısı, qışqırığı ilə, caynaqlarını yerə keçirərək hücuma keçir. Son nəticədə o, qarşı tərəfi torpağa yapışdırmağa nail olur. Amma insanın yaxınlaşması ilə heyvanlar sakitləşir və qəfəsin fərqli tərəflərinə keçirlər.

Simister bu videonu ironik bir şərhlə paylaşıb: “Avstraliyada heyvanlar nəinki səni, hətta bir-birini də öldürmək istəyirlər”. Erkək koalalar tez-tez bir-birinə hücum edirlər. Bu, xüsusən cütləşmə, nikah dönəmində daha çox özünü göstərir. Çünki dişi koalalar cütləşəcəkləri koalaları ölçüsünə və qışqırığının gücünə əsasən seçirlər.Musavat.com

  DİGƏR XƏBƏRLƏR