İmişlidə 11 yaşlı yeniyetməni avtomobil vurub

İmişli rayonunda 11 yaşlı yeniyetməni  avtomobil vurub.

“Qafqaz Xəbər” qəzeti “Report”un Aran bürosuna istinadən xəbər verir ki, şəhər sakini, 2007-ci il təvəllüdlü Əli Anar oğlu Vəliyev yolu keçmək istəyən zaman onu “Jiquli” markalı avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetməni sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR