İnfarkt keçirdiyi deyilən Fazil Məmmədov danışdı: “Bəsdirin artıq”

Dünən bir sıra saytlarda sabiq vergilər naziri Fazil Məmmədovun infarkt keçirməsi və onun ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.

“Qafqaz Xəbər” qəzeti Bizimyol.info  sayıtna istinadən xəbər verir ki, sabiq nazir barəsində yayılan məlumatla bağlı açıqlama verib: “Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldı. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”,- deyə Fazil Məmmədov bildirib.

  DİGƏR XƏBƏRLƏR