İtaliya klubu 19 yaşlı futbolçu ilə yeni müqavilə imzalayıb

İtaliyanın “Roma” klubu futbolçusu Luka Pelleqrini ilə müqavilənin müddətini uzadıb.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 19 yaşlı müdafiəçi ilə yeni anlaşma 2022-ci il iyunun 30-dək nəzərdə tutulub. Pelleqrini 2011-2012 mövsümündə İtaliya təmsilçisinin gənclər komandasına cəlb olunub. O, cari mövsüm əsas komandaya qoşulsa da, hələ ki, debüt edə bilməyib.

  DİGƏR XƏBƏRLƏR