MDB müşahidə missiyasının rəhbəri: “Azərbaycanda seçkilər sakit ab-havada keçirilir və yaxşı təşkil olunub”

“Azərbaycanda seçkilər mütəşəkkil və sakit ab-havada keçirilir”.

“Qafqaz Xəbər” qəzeti “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanda keçirilən Prezident seçkiləri üçün MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebedev deyib.

Onun sözlərinə görə, müşahidələr zamanı heç bir anlaşılmazlıq və ya pozuntu qeydə alınmayıb.

S.Lebedev qeyd edib ki, seçkilər sakit ab-havada keçirilir və yaxşı təşkil olunub.

“Azərbaycanda, eləcə də digər MDB ölkələrində seçki qanunvericiliyinin təkmilləşdirildiyi aydın görünür. Seçki prosesi daha nizamlı, daha açıq, şəffaf və demokratik olub. Azərbaycanda seçki qanunvericiliyi və seçkilərin özü demokratik azad seçkilərin ümumi qəbul edilmiş normalarına uyğundur”, – S.Lebedev bildirib.

  DİGƏR XƏBƏRLƏR