Mingəçevir sakini naməlum şəraitdə döyülərək ağır xəsarətlər alıb

Mingəçevirdə döyülmə hadisəsi baş verib.

“Qafqaz Xəbər” qəzeti “Report”un yerli bürosuna istinadən verdiyi məlumata görə, “İncilli” yaşayış massivində qeydə alınıb.

1991-ci il təvəllüdlü Həsənli Rəsul Həsən oğlu naməlum şəraitdə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin qız üstündə yaranmış mübahisə səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR